23 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov püşkü dəyərləndirdi

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Daha əvvəl də qeyd etmişdim ki, Çempionlar Liqasında zəif komanda olmur. Bütün komandalar öz ölkəsinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub olaraq, həm də komanda olaraq çox ciddi hazırlaşır. Bütün komandalar anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar. Çempionlar Liqasının bu təsinfat mərhələsində potensial rəqiblərimiz arasında ən güclü komandalarından biri “Lex” idi.

“Lex” bu il yaranışının 100 illiyini qeyd edir. 2022-ci ilə xüsusi yanaşırlar. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu. Hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. İnşallah, çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43