Kateqoriyasız

Qurban Qurbanov qələbəni şərh etdi

Azərbaycan Premyer Liqasında XVIII turun “Qarabağ” – “Qəbələ” (3:0) oyunundan sonr akeçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Pis oyun alınmadı. Mübarizənin tepmi sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. “Qəbələ”yə uğurlar arzu edirəm. Futbolçularımdan razı qaldım, çox istəkli idilər və düzgün oynamağa çalışırdılar. Bəzən bizim 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var.

– “Neftçi”yə məğlubiyyətdən sonra komandada oyun baxımından irəliləyiş hiss olunur. Bu məğlubiyyətin “Qarabağ”ı “qış yuxusu”ndan ayıltdığını demək olar?
– Bəzən belə oyunların müsbət təsiri olur. Bizim “Neftçi”yə kimi oyunlarımızda da məhsuldarlığımız pis deyildi. Sadəcə, bəzən belə derbilərdə düşünmədiyin nəticə olur və bu da futbolçulara psixoloji təsir edir. Bəlkə də, həmin məğlubiyyətin komandaya faydalı olduğunu mövsümün sonunda görəcəyik. Tam deyə bilmərəm ki, o məğlubiyyətin çox qol imkanları yaratmağımıza təsiri olub.

– Penaltini Filip Ozobiçin yerinə yetirməsinə əvvəldən qərar verilmişdi?
– Bəli, paltardəyişmə otağında artıq qərar verilmişdi ki, penalti olacağı halda onu kim yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43