18 Avqust 2022
Ölkə futbolu

Qurban Qurbanov: “Qarabağ” məğlubiyyətə layiq deyildi”

“Düşünürəm ki, bu oyunda “Ayntraxt”ı tərlədə bildik. İlk dəqiqələrdən bura məğlub olmaq üçün gəlmədiyimizi nümayiş etdirdik. Sonadək mübarizə apardıq. Nəticə və göstərdiyimiz oyun da bunu sübut etdi”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayntraxt”la oyundan sonra deyib.

Q.Qurbanov komandasının məğlubiyyətə layiq olmadığını bildirib: “Bakıda söz vermişdim ki, Frankfurtda daha yaxşı oynayacağıq və cavab oyununda bunu etdik. Lakin heç də hər zaman istədiyin alınmır. Erkən qol buraxmağımıza baxmayaraq, oyunumuz hardasa alındı. Bir neçə təhlükəli epizodlar yaratdıq. Komandam məğlubiyyətə layiq deyildi. Düşünürəm ki, biz qrup mərhələsində oynaya bilərdik. Lakin artıq üçüncü dəfə pley-offda bəxtimizə güclü rəqib düşdü. Reynaldoya gəlincə isə biz də onun bu oyunda meydana start heyətində çıxmağını istərdik. Ancaq o tam hazır deyildi”.

Qeyd edək ki, “Ayntraxt”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb. Lakin UEFA-nın bu gün keçiriləcək püşkatma mərasimini nəzərə alsaq, Ağdam təmsilçisin qrup mərhələsində oynamaq şansı hələ də qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

admin

“Xəzər Lənkəran”da şad gün: Cənub klubunun “danışan dil”inin ömründən 1 il daha getdi

admin

Qurban Qurbanov: “Futbolçulardan ümumi narazılığım var” – MÜSAHİBƏ

admin