01 Oktyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov söz vermədi, ümid etdi

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Rudar” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransı baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin önünə yerli vaxtla 20:15 ( Azərbaycan vaxtilə 23:15) də çıxıb . Mütəxəssis oyun haqqında bunları deyib:

“Bizi olduqca çətin oyun gozləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və uğurlu nəticə əldə etmək istəyirlər. Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir . Təbii ki, biz bura uduzmağa yox, yaxşı nəticə əldə etməyə gəlmişik və komandamız qələbə üçün meydana çıxacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43