18 Fevral 2025
Premyer Liqa

Qurban Qurbanov: “Superkubokun təxirə salınmasını istəyərdim”

Topaz Premyer Liqasının ilk turunda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin heyətində Reynaldo dubl edib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov böyükhesablı qələbəni belə şərh dib:

“Yeni mövsümün başlaması ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim üçün, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43