İdman

Qurban Qurbanov Ufuk Budakı milliyə çağırıb

Türkiyə PTT I liqasında “Samsunspor”un şərəfini qoruyan Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb. 

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. O, martın 23-də paytaxtımızda Belarusla, 4 gün sonra Antalyada Makedoniya ilə yoxlama görüşlərində baş məşqçi Qurban Qurbanovun komandasında yer alacaq.

Qeyd edək ki, 2010-cu ildə U-21 yığmamızın şərəfini qoruyan futbolçu 1 il sonra əsas komandamıza dəvət alıb. Millimizdə 17 görüş keçirən Budak son illər yığmaya çağırılmırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43