“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. “Sumqayıt”a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt” oyunu (2:0) sonrası deyib. O, daha sonra belə davam edib:
“Futbolçular çox istəkli çalışırlar, hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur. Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Rəhbərliyim altında oynayan futbolçuları baş məşqçi kimi görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm”.