“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”i qəbul edib.
İdmanxeber.az xəbər verir ki, oyunda gözlənilməz hal yaşanıb. Belə ki, Ağdam təmsilçisinin üzvü İbrahima Vadjinin əlinə toxunaraq qapıdan keçirdiyi topu hakim qol olaraq qeydə alıb.
Lakin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov baş hakimə bildirib ki, top qapıdan əl ilə keçirilib. Bundan sonra referi qol qərarını ləğv edib.