Müsahibə

Qurban Qurbanov: “Xahişlə komandaya futbolçu cəlb etmək doğru olmaz” (MÜSAHİBƏ)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İdmanxeber.com-a müshaibəsi.

– Ötən il Avropa Liqasının qrup mərhələsində 6 xal topladınız. Bu dəfə isə 4 xalla kifayətləndiniz. Bu il rəqibləriniz güclü idi, yoxsa xüsusi bir səbəb var idi?

Fərq deməzdim. Bəzən komanda 60 xalla çempion olur, bəzən 50 xalla… Həqiqətən builki qrupumuz çox güclü idi. Hər birimiz üçün xoş oldu belə rəqiblərlə qarşılaşmaq. Daha sevindiricisi o oldu ki, biz son oyunda bilindi ki, mərhələ keçəcəyik, ya keçməyəcəyik. Bu ilk növbədə hər bir oyuna daha ciddi hazırlaşıb çıxmağımıza kömək oldu. Əgər “Anderlext”i məğlub edə bilsəydik ikinci olub mərhələ keçəcəydik. Ancaq yenə ötən ilki kimi oldu. 

– Azarkeşlər Vüqar Nadirovu geri qaytarılmasını xahiş etdi. Bu haqda düşünməyə başlamısız, yoxsa…?

Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Ancaq idman prinsipləri var. Hər hansı bir xahişlə futbolçu götürmək düzgün olmaz. Bilmək olmazdı, bizim Vüqar Nadirovla bağlı qərarımız nədi. Ona görə, bu cür söz-söhbətlərin olmaması yaxşıdı. Biz çalışrıq ki, komandaya kömək edə biləcək futbolçular alaq. Komandanın uğurlu çıxışı üçün kömək edə biləcək futbolçular almaq daha məqsədəuyğundu.

– Qış fasiləsisi yaxınlaşır. Komandanızın hazırlıq planı bəllidi?

– Açığı, plan bəllidi. Yanvarın 5-də Antalyada olacağıq. 4 yoxlama görüşü keçirəcəyik. Sadəcə, komandaların adını hələ deyə bilməyəcəm. Çünki hələ tam dəqiqləşməyib.

– Ötən il olduğu kimi, bu il də Avroliqada iştirak etməklə təcrübə qazandığınızı qeyd etdiz. Bu mövsüm hansı təcrübələri qazandınız?

– Fərqli komandalara qarşı oynadıq. İlk beşlikdə olan ölkələrin komandalarını daha yaxından tanıdıq. Həm bizlər, həm də azarkeşləri üçün bu, böyük təcrübə idi. Onların futbolunun daha yaxından öyrənmiş olduq.

– Avroliqanın 1/16 finalının püşkatması oldu və “Qarabağ”ın qrupundan növbəti mərhələyə adlayan “Anderlext” və “Tottenhem”in rəqibləri bəlli oldu. Püşkatmasının nəticəsini öyrəndikdən sonra “növbəti mərhələyə adlasaydıq, bu komandanı rahatlıqda keçərdik” deyə düşündünüzmü?

– Bu barədə düşünmək doğru deyil. Çünki orada yoxuq. Ancaq bizimlər oynayan rəqiblərə azarkeşlik edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43