19 Fevral 2025
Kateqoriyasız

Qurban Qurbanov: “Zalsburq”la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik”

“Düşünürəm ki, vacib qələbə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Ancaq bu, xeyrimizə oldu və komandanın toparlanmağında rol oynadı. Yenə də çatışmazlıqlarımız var. Qarşıdan daha çətin oyunumuz gəlir. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Valetta” ilə oyundan sonra deyib.

Malta təmsilçisini darmadağın edən Ağdam klubunun çalışdırıcısı qarşıdan gələn “Zalsburq”la oyuna da toxunub:

“Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. “Zalsburq”la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43