Kateqoriyasız

Qurban Qurbanova Kiprdə hörmətsizlik

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

Buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

“APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında olub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər”, – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə  jurnalist yollanmayıb(Qafqazinfo.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mahir qol vurdu, “Dinamo” qələbə qazandı – VİDEO

admin

Cavid Hüseynov: “Uduzduğumuz komanda “Qarabağ”dır”

admin

“Bir oyundan həmişə ehtiyatlanmışam” – Qurban Qurbanov

admin