27 Fevral 2024
Kateqoriyasız

Qurban Qurbanovdan “Bakı”ya atmaca

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bakı” ilə hç-hçəni şərh edib.

İdmanxebr.com Ağdam klubunun çalışdırıcısının matçdan sonra səsləndirdiyi fikirlərlə sizi tanış edir:

“Oyundan razı qaldım, baxmayaraq ki, komanda qələbə qazana bilmədi. İsti hava da sürətli oyun göstərməyimizə mane oldu. Buna görə əvəzləmələr etdim, amma yenə də qələbə qazana bilmədik. Məncə sürəti bir qədər də yüksəltsəydik 3 xalı qazana bilərdik. Sadəcə bu gün “Bakı” avrokuboklara getmək istəyən komanda təsiri bağışlamadı. Buna görə onları başa düşə bilmədim. Ola bilər ki, komandamızda bəzi futbolçularda arxayınlıq olsun. Onların futbolçuları oyunboyu vaxt aparırdılar. Bunu da başa düşürəm. Amma qarşıdakı oyunlarda qələbə qazanmağıçız mütləq vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43