Azərbaycan kubokunda AZAL-ı məğlub edərək 1/4 finala yüksələn “Qarabağ” bazar günü “Neftçi” ilə oynayacağı prinsipial matçın hazırlıqlarına başlayıb.
Hər gün oyunlara bir gün qalmış otelə yığışan “Qarabağ” bu dəfə fərqli addım atıb.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, Qurban Qurbanov komandanı “Neftçi” ilə oyuna 2 gün qalmış otelə toplayıb.
Ağdam klubunda hər hansı bir ciddi tiki yoxdu.