Kateqoriyasız

Qurban Qurbanovdan orduya maddi yardım

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

O, fonda 20 min manat köçürüb. Qurbanovla yanaşı, Ağdam klubunun bəzi rəsmiləri də fonda maddi yardım edib.

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

Bundan əvvəl “Qarabağ”ın futbolçuları Maksim Medvedev və Qara Qarayevin hər biri fonda 10 min manat iadə etmişdi. (Qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43