Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Monako” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.
İdmanxeber.com-un “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun baş məqçisi Qurban Qurbanov və bir futbolçu 16:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
“Monako”nun baş məşqçisi isə Leonardo Jardim isə jurnalistlər önünə 17:15-də çıxacaq.
“Qarabağ”:
Mətbuat konfransı – 16:30 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:45 – (`Qarabağ` FK-nın bazası, Suraxanı qəsəbəsi)
“Monako”:
Mətbuat konfransı – 17:15 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:00 (T. Bəhramov adına Respublika stadionu)