Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yanq Boyz”la qarşılaşacaq “Qarabağ” artıq İsveçrədədir.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Məşq yerli vaxtla 19:00-da start götürəcək.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov isə media nümayəndələrinin önünə saat 18:30-da (Bakı vaxtı ilə 21:30) çıxacaq.
Qeyd edək ki, “Yanq Boyz” – “Qarabağ” matçı sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.