“Atam mənə həmişə öyrədir. Əgər vacib məsələni başa düşməsəm, başa salır, futboldan danışır. İstəyirəm ki, atamdan güclü futbolçu olum”.
İdmanxeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa deyib. Qurbanovun oğlu hazırda hücum mövqeyində oynadığını söyləyib: “Qol vurmağı çox istəyirəm. Mənim üçün fərqlənmək həmişə əyləncəli olub. Atamın davamçısı kimi yetişmək xoş olardı”.
Qeyd edək ki, Q.Qurbanov ardıcıl iki dəfə Avroliqanın qrup mərhələsinə komandasını daşıyan ilk baş məşqçidir.