"Bakı"dan ayrılan milli komandamızın futbolçusu Şəhriyar Əliyev iki klubla danışıqlar aparır.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, gənc futbolçunun "Qarabağ" və "İnter"ə keçmə variantı var.
Futbolçu saytımıza açıqlamasında danışıq apardığı klubların adını deməsə də, yaxın zamanda yeni hər şeyin bəlli olacağını bildirib:
"İki-üç klubla danışıqlar gedir. Yaxın zamanda yeni klubum bəlli olacaq. Hələ ki, heç nə deyə bilmərəm. Çünki gözləyirəm…"
Qeyd edək ki, Əliyev "Bakı"dan uzun müddətdir maaş ala bilmədikdən və "ağ-göylər"in maddi sıxıntı içərisində olduğuna görə bu klubdan ayrılıb.