İdman

Qurban Qurbanovun yetirmələri bu gün növbəti sınağına çıxır

Milli komandamız bu gün növbəti yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, yığmamız Antalyada Makedoniya millisi ilə güclünü ayırd etməyə çalışaşcaq. Qurban Qurbanovun rəhbərlik etdiyi milli bu günə qədər Balkanlarla 6 dəfə qarşılaşıb. Komandamız heç bir görüşdə qələbə qazana bilməyib – 5 məğlubiyyət, 1 heç-heçə. 

27 mart

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Makedoniya
Baş hakim
: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43