28 Fevral 2024
Kateqoriyasız

Qurbanov çox yükləməyəcək

Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Bakı”nın qonağı olacaq “Qarabağ” klubu bu oyunun hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən istirahət edən komanda bu gün isə 1 çalışma ilə kifayətlənəcək.

Suraxanı qəsəbə stadionunda baş tutacaq məşq saat 17:00-a təyin olunub. Sonuncu turda “Neftçi” ilə 1:1-lik bərabərliyə razılaşan Qurban Qurbanovun komandası sabah da 1 məşqlə günü bitirəcək.

Qeyd edək ki, “Bakı”nın təlim-məşq bazasında keçiriləcək “Bakı” – “Qarabağ” oyunu mayın 2-də, saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43