Kateqoriyasız

“Qurbanov Kevin Medina haqda: “Bu transfer tamamlanıb”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Saviş” klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.

O, “CBC Sport”a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçinin keçidi üçün işlər tamamlanıb.

“Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb” – deyə o qeyd edib.

Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.

27 yaşlı Kevin Medina bu mövsüm II Liqa təmsilçisi “Saviş”də 16 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43