Misli Premyer Liqasının IX turu çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb və qələbə qazanıb – 1:0.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klununun çalışdırıcısı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Vacib 3 xal qazandıq. Yaxşı komandaya qarşı oynadıq. Komandada biraz narahatlıq var idi. Səfərdən sonra tam.özlərinə gəlməmişdilər. “Qebələ”yə uğurlar arzulayıram.
– Leandro Andradenin son durumu nədi?
Əzələsində problem var. Tam olaraq sabah biləcəyik.
– Uzun müddətdən sonra Maksim Medvedev və Kevin Medina meydana çıxdı…
Umumən yaxşı təsir bağışladılar. Amma oyun ritmində çatışmamazlıq hiss olunurdu. Ancaq son dəqiqlərə kimi oyunu idarə edə bildilər.
– Qarşıda “Olimpiakos”la ev oyununuz var. Bu oyun haqda nə deyərdiniz?
Sabahdan bu oyun üçün hazırlığa başlayacağıq. Bizdən gözləntilər, istək çoxdu. Sabahdan etibarən vaxtımız olacaq ki, futbolçuları optimal formaya gətirək.