Premyer Liqanın 5-ci turu çərçivəsində "Bakı" "İnter Arena"da "Qarabağ"la qarılaşdı və Ağdam klubundan 1 xal qoparda bildi.
Paytaxt klubunun futbolçusu Nuran Qurbanov idmanxeber.com-a açıqlamasında qazanılan bir xalı belə şərh edib:
"Yaxşı oyun oldu. İstədiyimiz nəticəni ələ etdik. Heyif ki qələbəni əldən verdik. İlk hissədə bir az həyəcan var idi. Çünki "Qarabağ" güclü komandadı. Biz bu oyunda azı heç-heçə etməklə yeni mövsümdə ilk xalımızı əldə etmək istəyirdik. Lakin elə oldu ki, qələbə də qazana bilərdik. Heyətimizdə gənc futbolçular çoxdu. Çalışacağıq ki, bacardıqca turnir cədvəlində yuxarılara doğru irəliləyək".