Kateqoriyasız

Qurbanov zirvədə, Əmirquliyevlə Sadiqov fərqi azaldır

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 8 aydır davam edən mövsüm ilk onluqda yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.

Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.

Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.

İlk onluq belədir:

1. Mahmud Qurbanov – 421

2-3. Rəşad Sadiqov – 392

2-3. Rahid Əmirquliyev – 392

4. Azər Məmmədov – 388

5. Aslan Kərimov -382

6. Rəşad Abdullayev – 378

7. Aqil Məmmədov – 363

8. İsmayıl Məmmədov -351

9. Rəşad Sadıqov – 343

10. Elnur Abdullayev – 334


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43