Kateqoriyasız

“Qurnik”in baş məşqçisi: “İlk hissədə “Neftçi”dən üstün oynadıq”

“Matçın ilk hissəsindən məmnunam. Əvvəlki oyunda etdiyimiz səgvləri düzəldik, bəzi mənfi şeyləri aradan qaldırmağı bacardıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşanın “Qurnik” komandasının baş məşqçisi Kamil Keres “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Taktiki mənada çox yaxşı oyun alındı. Düşünürəm ki, ilk hissədə “Neftçi”dən üstün oynadıq. Daha çox şans yaratdıq. Qol imkanlarımız var idi.

Qarşılaşmanın ikinci hissəsində yeni oyunçular meydana daxil oldu. Zədədən, xəstəlikdən qayıdan futbolçular var idi. Ona görə bir az qarışıqlıq oldu. İkinci hissənin ilk 30 dəqiqəsində çoxlu səhvlər etdik. Daha sonra özümüzü toparladıq. Son 15 dəqiqəni üstün oynadıq. Lakin hesabı bərabərləşdirə bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43