“Borussiya Dortmund”dan “Mançester Siti”yə transfer olan İlkay Gündoğan komandasının baş məşqçisi Pep Qvardiolayla bağlı açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, türk əsilli alman futbolçu Qvardiolanı tərifləyib:
“Onu Almaniyada oynayandan bəri tanıyıram. Peplə çalışmaq mənim üçün böyük şansdır. Biz onunla bir neçə dəfə danışdıq və məni yaxşı motivasiya etdi. O, dünyanın ən yaxşı məşqçisidir. Əsas məqsədimiz avqust-sentyabr aylarına qədər hazır olmaqdı”.