16 Sentyabr 2024
Dünya futbolu

Qvardiola isveçrəli futbolçunu təriflədi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçisi Manuel Akanlji haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, isveçrəli futbolçu barədə bunları deyib:

“Hamıdeyir ki, “Mançester Siti” necə bir transfer edib? O, müdafiəçi, mərkəz müdafiəçisi və yarımmüdafiəçi mövqelərini əhatə edə bilər. Üçnücü mövqedə olanda ​​ötürmələr də edə bilər. O, sürətli və güclüdür”.

Akanji “Mançester Siti”yə 2022-ci ildə “Borussiya”dan keçib. 2023/24 mövsümündə İsveçrə millisinin 28 yaşlı müdafiəçisi “şəhərlilər”in heyətində bütün yarışlarda 15 oyun keçirib, 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43