İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi 2016-cı ildə Premyer Liqada çıxış etmək imkanı olduğunu bildirib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Mançester Siti”nin onu transfer etmək istədiyini açıqlayıb:
“2017-ci ildə “Yuventus”dan ayrılmaq qərarına gələndə “Mançester Siti” və PSJ məni istədi. Maliyyə təkliflərini göndərdilər, amma mən İtaliyada qalmağa qərar verdim və “Milan”a keçdim. Amma Qvardiola məni “Mançester Siti”də görmək istəyirdi”.
Bonuççi 2017-ci ildə “Yuventus”dan ayrılaraq “Milan”a keçib. Bir il sonra müdafiəçi Turin klubuna qayıdıb.