“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Xabi Alonsonun “Bayer”dəki işini yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis həmkarı barədə belə dnaışıb:
“O, fantastik bir iş görür. “Bavariya” ilə qarşılaşıb yeganə məğlub olmayan komandadır. İndi mövsümün ən vacib hissəsi gəlir”.
Çempionatın başa çatmasına 11 tur qalmış “Bayer” 61 xalla Bundesliqaya başçılıq edir. Xabi Alonsonun yetirmələri ikinci pillədəki “Bavariya”nı 8 xal qabaqlayır.