Dünya futbolu

Qvardioladan rəhbərliyə: “Yalan deyirsinizsə, səhəri gün klubda olmayacam”

Pep Qvardiola “Mançester Siti”dəki gələcəyi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa komandanı 2009-10 və 2017-18 mövsümlərində maliyyə pozuntusuna ittiham edib.

Bu iddianın ardından İngiltərənin nüfuzlu “The Athletic” nəşri  baş məşqçisi Pep Qvardiolanun klubu tərk edə biləcəyini yazıb. Təcrübəli mütəxəssis bunlarla bağlı mətbuata açıqlama verib:

“Rəhbərliyə dedim ki, əgər mənə yalan danışırsınızsa, səhəri gün klubda olmayacağam. Ayrılacam və bir daha sizinlə çalışmayacam. Ancaq onlarla danışıram və ilk günkü kimi rəhbərliyə inanıram”.

Mənbə onu da əlavə edib ki, Premyer Liqa maliyyə pozuntularına görə “Mançester Siti”yə təzyiq edir. Klubun ağır cəzaları məruz qala biləcəyi vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43