Ölkə futbolu

“Rəqibdən üstün idik” – Toral Bayramov

“Maraqlı görüş oldu. Əsas odur ki, azarkeşlər baxımlı oyuna şahidlik etdilər. Yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Oyun olaraq da rəqibdən üstün idik”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” oyunu barədə danışarkən deyib. Görüşdə dubl edən gənc yarımmüdafiəçi daha sonra belə davam edib:

“Hər matça qələbə üçün çıxırıq. Hesabın necə olması önəmli deyil. Əsas olan qalibiyyətdir. Qarşıda “Neftçi”ylə çempionat oyunu və kubokun cavabı matçı var. Bu görüşlərə derbi olduğu üçün xüsusi maraq olur. Amma biz bütün qarşılaşmalara eyni motivasiya ilə çıxırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43