05 Avqust 2021
Ölkə futbolu

Rəşad Sadıqov 21 günlük toplanışı dəyərləndirdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

O, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra bunları söyləyib:

“Təlim-məşq toplanışımızın ilk mərhələsini – Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, “Sabah” və “Qəbələ” ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq. Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi komponentləri yaxşılaşdırdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah, 14-15 avqusta qədər lazım olan formanı yığa biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”da ciddi itki – “Sportinq” görüşünü buraxacaq

admin

AFFA klubların lisenziyalarını verdi

admin

“Araz Naxçıvan” niyə çempionatdan çəkildi?

admin