11 Noyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov da istefa verdi

Azərbaycan milli komandasının aşağı yaş qrupları üzrə milli komandalarında da baş məşqçi dəyişiklikləri reallaşacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul olunub.  Belə ki, əsas milli komandanın baş məşqçisi Qurban Qurbanovun öz istəyi ilə postundan ayrılmasından sonra aşağı yaş qrupları üzrə komandalarda da dəyişikliklərə qərar verilib.

İlk növbədə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızda istefa reallaşıb. Qurban Qurbanovun ardınca, Rəşad Sadıqov da postunu tərk etməyə qərar verib.  Digər aşağı yaş qruplarında hansı dəyişikliyin olacağı isə açıqlanmayıb.

Qeyd edək ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın “sükanı arxası”na keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43