Kateqoriyasız

Rəşad Sadıqov: “İlk oyunum idi ki, mübarizə aparmadan məğlub olduq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXIII turunda “Neftçi”yə uduzduqları oyundan (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib.


O, məğlubiyyəti belə şərh edib:

“Çətin oyun keçdi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qələbəyə köklənəcək. “Qarabağ”ın xal itirməsi onlar üçün motivasiya idi. İlk hissədə təhlükəli hücumlarımız oldu. İkinci yarıda qol buraxdıqdan sonra hücuma daha çox keçməyə başladıq. Lakin düşündüyümüz alınmadı. “Zirə”də ilk oyunum idi ki, mübarizə aparmadan məğlub olduq. Mövsüm ərzində futbolçular hər oyunu yüksək səviyyədə keçirmirlər. Onları da başa düşməyə çalışıram. Amma oyundan razı qalmadım. 90 dəqiqəyə baxsaq, Klesio Baukun oyunu məni sevindirdi.

Heyətlə bağlı problemlərimiz var. Zədəlilər və koronavirusdan yeni sağalanlar var idi. Amma “Keşlə” ilə matçda onları 90 dəqiqə meydanda saxladıq. Risk etdik. Qarşıda bizi sıx qrafik gözləyir. Bəzən nəyisə qurban verməyə məcburuq. Bu gün sırf “Neftçi” ilə matçı düşünmürdük. Qarşıdakı oyunları nəzərə alıb dəyişiklik etmişdik. “Neftçi” kimi komanda ilə görüşdə xal qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan. Rəqib bundan sonra psixoloji üstünlüyə yiyələndi və dominantlıq etməyə başladı.

“Zirə” heç vaxt kubokda final oynamayıb. Finala çıxsaq, avrokuboklara gedə bilərik. “Sumqayıt”la çempionat matçı da həlledici olacaq. Hər kəs özünə görə məsuliyyət daşıyır. Bilirəm ki, rəhbərlik də uğur gözləyir. Birdən-birə 11 nəfərin koronavirusa yoluxması bizə problem yaratdı. Hər oyuna ən yaxşı formada çıxmağa çalışacağıq. Bizi çempionatda son illərin ən maraqlı sonluğu gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin futbolçusu “Sabah”da – RƏSMİ

admin

Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

admin

“Tottenhem”in bütün futbolçuları qəhrəmandır” – Poçettino

admin