07 Noyabr 2024
Milli komanda

Rəşad Sadıqov: “Oyunun bəlli bölümlərində daha diqqətli olmalıyıq”

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Ukrayna ilə Bakıda keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

Gənc çalışdırıcı 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43