Kateqoriyasız

Rəşad Sadıqov: “Qarşımıza Konfrans Liqasına düşmək hədəfi qoymuşduq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimindən əvvəl “CBC Sport” kanalına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, 39 yaşlı mütəxəssis hədəflərinə çatdıqlarını bildirib:

“Mövsümü uğurlu dəyərləndirirəm. Ən çox istədiyim “3-lüy”ə düşmək idi. Bu haqda çox danışmırdım. Qarşımıza Konfrans Liqasına düşmək hədəfi qoymuşduq. Şükürlər olsun ki, 3-cü yeri tuta bildik. Rəhbərliyi, azarkeşləri, komandamızı təbrik edirəm.

Mövsümün əvvəlində hamı çempionluq uğrunda gərgin mübarizə gözləyirdi. Artıq yayda “Qarabağ”ın futbolçularının verdiyi açıqlamalardan görünürdü ki, iddialıdırlar. Sona 4-5 tur qalmış qızıl medalları təmin etdilər. “Qarabağ”ın belə erkən çempion olacağını gözləmirdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”da Kadi şoku

admin

Yüksək Liqada 2-ci dövrəyə yekun vuruldu

admin

Yığma “Neftçi”yə uduzdu

admin