Bir müdət öncə “Fənərbağça”nın transfer etmək istədiyi “Benfika”lı Karlos Kardozo Portuqaliya klubundan ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, “Benfika”nın rəsmi saytı xəbər yayaıb ki, 31 yaşlı futbolçu ilə yollar ayrılıb və o, Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə bağlayacaq.
“Benfika”da 336 oyunda meydana çıxıb, 198 qol vuran Kardozo Trabzon klubu ilə münasibətləri yaxın günlərdə rəsmiləşdirəcək.