Kateqoriyasız

Rəcəbov FIDE-nin açıqlamasını yalanladı: “Şəxsi səbəblərlə əlaqəli deyil”

Teymur Rəcəbovun İddiaçılar turnirində iştirak etməyəcəyindən xəbərdarsız. FIDE-nın saytının yaydığı məlumata görə, 32 yaşlı qrossmeyster şəxsi səbəblərə görə turnirdən imtina edib. Ali şahmat qurumu Teymur Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.

Ancaq Teymur FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını söyləyir. O, “Instagram” hesabında şəxsi səbəblərə görə belə qərar vermədiyini yazıb:

“Əzi həmvətənlər, şahmatsevərlər, bütün şahmat camiəsi, həmkarlar və dostlar! Bu, doğru deyil, turnirdən imtina etməyim üçün şəxsi səbəblərim yoxdu. Mən tezliklə bəyanatla, FIDE-yə göndərilən məktublar və onların cavabları ilə tanış olacam”.

Rəcəbov Ötən il dünya kubokunun qalibi olmaqla İddiaçılar turnirində mübarizə aparmq hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43