03 Fevral 2025
Kateqoriyasız

Rəhbər şəxs 5 dəqiqəyə gələn qələbəyə 100 min manat vəd etdi!

“Turan Tovuz” rəhbərliyi komandanın “Qarabağ”la matçda qazandığı qələbəyə biganə qalmayıb və futbolçuları mükafatlandırıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisinin rəhbəri Ehtiram Quliyev son çempionla görüşdə əldə olunan vacib qələbəyə qarşılıq futbolçuların hər birinə öz təşəkkürünü bildirib və ümumilikdə komandaya 100 min manat mükafat vəd edib. 

Bu, “Turan Tovuz” futbolçularının cari mövsümdə aldığı ən yüksək “premya”lardan biridi.

Qeyd edək ki, qərb təmsilçisi Misli Premyer Liqasının 20-ci turunda “Qarabağ”ı səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43