25 Dekabr 2024
Dünya futbolu

Rəhbərlik Qvardiolaya kömək edəcək – bu addımlar atılacaq

“Mançester Siti” genişmiqyaslı dəyişikliyə getməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubunun rəhbərliyi baş məşqçi Pep Qvardiolaya böhranın öhdəsindən gəlməkdə kömək etmək istəyir. Bununla əlaqədar olaraq, “şəhərlilər” növbəti iki transfer pəncərəsində komandanın start heyətini yeniləməyi planlaşdırır.

Klub əsas heyətdən ən azı beş-altı futbolçu ilə yolları ayırmaq niyyətindədi.

“Mançester Siti”nin bu qış prioriteti yarımmüdafiəçi tapmaq olacaq. Əsas namizədlər Martin Subimendi (“Real Sosyedad”) və Bruno Qimaraynsdı (“Nyukasl”).

“Mançester Siti” Premyer Liqada 17 turdan sonra 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43