Ölkə futbolu

“Rəqibə qol fürsəti yaratmağa imkan vermədik” – “Sabah”ın məşqçisi

“Bu matça kimi məğlubiyyət seriyamız var idi. Bu da komandada gərginlik yaradırdı. Oyundan razıyıq. Çox keyfiyyətli oyun nümayiş etdirdik. Rəqibə qol fürsəti yaratmağa imkan vermədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin “Kəpəz” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Müdafiə xəttindəki rotasiyalar zədə ilə bağlıdır. Abdullaye Ba və Bəxtiyar Həsənalızadə zədəlidir. Uzun müddətdən sonra Zurab Oçiqava meydana çıxdı. Digər mövqelərdə olan rotasiyalara gəldikdə isə məşqlərdə yaxşı performans göstərənlərə şans verdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43