Misli Premyer Liqasının 5-ci turunda “Kəpəz” “Sabah”ı qəbul.edib və rəqibinə uduzub – 2:3.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.
– Komadanın əsas problemi nədir?
– Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.
– Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir?
– Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.