17 Sentyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Ağır səfərdən çox vacib qələbə ilə dönürük”

“Bu gün Olimpiya Oyunlarında ikinci qızıl medalımızı əldə etdik. Çox qürurvericidir. Daha sonra Konfrans Liqasında mərhələ adlayan “Sabah”ı təbrik edirəm. Çox güclü rəqibi keçdilər. Sonda futbolçularıma təşəkkür edirəm. Ağır səfərdən çox vacib qələbə ilə dönürük. Komanda ilk dəqiqələrdən son saniyəyə kimi oyun intizamından qopmadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “DAC 1904” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Şerif”lə oyunda da qırmızı vərəqəyə qədər hər şey qaydasında idi. Nəyisə dəyişməmişik, eyni iş rejimi ilə davam edirdik. Psixoloji cəhətdən futbolçulara deyirdim ki, son illərdə 7 dəfə avrokubokların qrupunda oynamış komandanı səfərdə məğlub etmişik, evdə qırmızı vərəqə alana qədər hesabda öndə olmuşuq. Avrokuboklarda bir əksik özünü çox hiss etdirir. Futbolçulara real vəziyyəti izah etməyə çalışırdım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43