Kateqoriyasız

Rəşad Sadıqov Azərbaycanın rekordçusudu

UEFA Avropa Liqasında ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb.

Cədvəldə azərbaycanlı oyunçular da var. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov nüfuzuna görə qitənin 2-ci klub turnirində 66 oyun (6 qol) keçirib. 37 yaşlı müdafiəçi 21-25-ci yerləri bölüşür.

Komandanın vitse-kapitanı Maksim Medvedevin aktivində 63 oyun (2 qol) var. 30 yaşlı müdafiəçi 27-29-cu yerləri bölüşür.

Hazırda “Keşlə”də çıxış edən Rəşad Sadiqov turnirdə 55 oyun (5 qol) keçirib. “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev isə 53 dəfə meydana çıxıb.

Turnirin rekordçu isə “İnter”in keçmiş müdafiəçisi Cüzeppe Berqomiyə məxsusdu. İtaliya millisinin üzvü olmuş futbolçu 90 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43