Ölkə futbolu

Rəşad Sadıqov: “Birinci hissə bizim üçün olduqca ağır keçdi”

“Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi. Əslində oyuna çox yaxşı başlamışdıq. Məqsəd zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utsiq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik. Daha sonra qırmızı vərəqə və azlıqda qaldıq. Bu qədər hadisələrdən sonra ikinci hissədə yaxşı mübarizə aparıb çox vacib 1 xal qazandıq. Oyundan öncə hər birimiz təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən sonra bərabərlik də bizim üçün qızıla bərabər idi”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Turan Tovuz” görüşü sonrası deyib. O, daha sonra belə davam edib:

Bizim hücum oyunçularını əvəzləməyə futbolçu yoxdur. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma yəqin ki, qırmızıdan sonra rəqib daha ürəkli oynadı. Biz bir az demotivasiya olduq. İlk yarıda son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçular daha inamlı idilər. Yaxşı fürsət yarandı, penalti. Bundan istifadə edib hesabı bərabərləşdirdik. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir”.

Sadıqov Sezar Meza Kollinin komandaya keçidini də şərh edib: “İstərdim ki, yanvar ayından komandada olsun. Çoxsaylı zədələri nəzərə alaraq rəhbərliklə danışdıq. Biz daha çox forvard götürmək istəyirdik. Forvardın əvəzinə Meza Kollini gətirdik. Sonuncu rəsmi oyununa 10 ay bundan əvvəl çıxıb. Təbii ki, formaya düşməsi üçün vaxta ehtiyacı var. Amma bizim də vaxtımız yoxdur. Yavaş-yavaş komandaya faydalı ola biləcək. Məqsəd və Utsiq də zədələndi. Onların zədəsinin nə qədər çəkəcəyini bilmirik. Bu yöndə çox ciddi sıxıntılarımız var. Çalışacağıq ki, öhdəsindən gələk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43