“Bu gün özümü millidə işləməyə hazır görürəm. Ancaq “Qarabağ” və “Neftçi”yə gəlincə…”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İTV-də yayımlanan “Bol idman” verilişində deyib.
O, daha sonra bunları bildirib:
“Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar. Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, Avroliqada uğurlu çıxış gözlənilir”.