16 Sentyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Cütün taleyi səfərdə həll olunacaq”

“Zirə” Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “DAK 1904″ü 4:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:

“İlk oyundan sonra danışmaq həmişə çətindir. Xüsusilə də, bu oyundan sonra. Qarşıda bizi çox vacib səfər matçı gözləyir. Mərhələni keçmək istəyiriksə, bu gündən həmin oyuna hazırlaşmalıyıq. Birinci hissə bitdi. Bir həftəlik fasilə olacaq. İkinci hissəyə çox yaxşı hazırlaşmalıyıq. Qarşıda bizi daim komandasını yaxşı dəstəkləyən azarkeş toplumuna qarşı səfər oyunu gözləyir. Rəqib sona qədər amansız mübarizə aparacaq. Belə rəqiblər həmişə təhlükəlidir. Hesab 4:0 olsa da, təslim olmurlar. Mərhələni keçmək istəyiriksə, futbol camiəsi, komanda olaraq oyuna hazırlaşmalıyıq.

Cütün taleyi səfərdə həll olunacaq. Müasir futbolda nəticə üstünlük verir sənə… Amma rahatlıq verə bilməz. 60-cı dəqiqədən sonra rəqibin göstərdiyi amansız mübarizə və çətin anlar onu göstərdi ki, bizi cavab matçında nələr gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43