18 Oktyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Düşünürəm ki, matça yaxşı hazırlaşa bilmişik”

“Zirə” Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Şerif”in qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə,”qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib:

“Olduqca vacib oyuna gəlmişik. Düşünürəm ki, matça yaxşı hazırlaşa bilmişik. Rəqib ev oyununda ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Komandam buna hazırdır. Rəqibi təhlil etmək baxımından müəyyən problemlər yaşayırıq. Çünki, “Şerif”in heyətində çoxlu yeni oyunçu var. Sabah hər iki komanda ilk dəqiqələrdən bir-birinə uyğunlaşmalıdır. Azarkeşlər üçün maraqlı oyun olacaq”.

Qeyd edək ki, “Şerif” – “Zirə” qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43