29 Sentyabr 2024
Ölkə futbolu

“Rəşad Sadıqov elə bir baş məşqçidir ki…” – “Zirə”nin legioneri

“Zirə”nin portuqaliyalı futbolçusu Toni Qomesin idmanxeber.az saytına müsahibəsi

-Komanda son turda “Turan Tovuz”a qarşı vacib qələbə qazandı. Əvvəlcə oyun barədə fikirlərini bildirərdin..

-Yaxşı oyun oldu. Necə olmasından asılı olmayaraq, vacib olan qələbə qazanmaq idi. Bu, bizim ən yaxşı oyunumuz deyildi. Ancaq mühüm olan 3 xalı qazanmaqdı, bunu da bacardıq.

-“Zirə”nin bu qədər qeyri-stabil çıxış etməsində səbəb nədir?

-Mənə görə, qış fasiləsindən sonra çempionatın ikinci dövrəsi daha gərgin keçir. “Səbail”lə oyun istisna olmaqla digər görüşlərdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Məncə, getdikcə daha da inkişaf edəcəyik.

-“Zirə”nin avrokubok iddiası üzərinizdə çox təzyiq yaradır?

-Təbii ki, təzyiq var. Bu, futbolun bir hissəsidir. Ancaq komandada yetərli qədər təcrübəli futbolçular var. Belə vəziyyətlərdə necə davranmalı olduqlarını yaxşı bilirlər. Sona qədər iddiamızı qoruyacağıq.

-Davamlı oynamamanı nə ilə əlaqələndirirsən?

-Bəzən komandaya uyğunlaşmaq müəyyən zaman alır. Bununla bağlı narahatçılığım yoxdur. Səmimi deyim ki, çempionatın səviyyəsi yüksəkdir. Mənim mövqeyimdə kifayət qədər yaxşı futbolçular var. Bu da komandanın xeyrinədir. Çünki hər kəs əsas heyətə düşmək üçün var gücü ilə mübarizə aparır. Ancaq Rəşad Sadıqov elə bir məşqçidir ki, yaxşı formada olana şans verir.

-Türkiyənin I liqasında da çıxış etmisən. Azərbaycan Premyer Liqası ilə müqayyisə etsək, hansında oynamaq daha çətindir?

-Açığı, buna cavab vermək çətindir. Çünki Türkiyədə daha çox oynayırdım. Ancaq burada hələ heç bir görüşdə 90 dəqiqə meydanda qalmamışam. Amma hazırda çempionatın çox gərgin keçdiyini deyə bilərəm.

-Həmyerlin Kristiano Ronaldo “The Best” mükafatlandırma mərasimində dünyanın ən yaxşı “11-liy”inə daxil edilməyib. Buna nə münasibət bildirərsən?

-Kristiano Ronaldo məmin kumirimdir. O, futbolu anlayan, izləyən hər kəsin dərin rəğbətini qazanıb. Son illərdə onun karyerasında baş verənləri hər kəs bilir. “Mançester Yunayted”də ehtiyatda qalması və Səudiyyə Ərəbistanına getməsi ən yaxşı heyətə seçilməməsinə səbəb oldu”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43