Ölkə futbolu

Rəşad Sadıqov: “Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq” – Video

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

O, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. Fasilədən sonra sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq. Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür matçlar 90 dəqiqəlik oyun kimidi. Rəqib ciddidi. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq”.

Sadıqov 73-cü dəqiqədə zədələnən Nemanya Andelkoviçin durumundan da danışıb: “Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək”.

Qeydə alınmayan qol barədə də danışan baş məşqçi bunları söyləyib: “Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43